“Vəziyyət adamı şoka salır”.
Amerikalı aktrisa Ancelina Coli suriyalı və iraqlı qaçqınların İraq Kürdistanında Dahik şəhərində yerləşən düşərgəsində olub. Bu barədə BMT-nin saytında xəbər verilib.
Qeyd edilib ki, Ancelina Colinin son dəfə 2014-cü ilin sentyabrında BMT-nin Ali Komissar İdarəsinin səfiri qismində səfərindən sonra Suriya və İraqda baş verənlərlə əlaqədar regionda humanitar vəziyyət kəskin şəkildə pisləşib.
Oxu.Az bu barədə Qazeta-ya istinadən xəbər verir.
“Keçən səfərimdən indiyə qədər humanitar vəziyyətin pisləşməsi məni şoka salır. İki milyon iraqlı 2014-cü ildə zorla evlərini tərk etməli olub”, – Ancelina Coli bəyan edib.
Daha öncə Ancelina Colinin Roma Papası ilə görüşdüyü bildirilmişdi.
/Oxu.az/