Avropa Şurası (AŞ) nazirlərinin müavinləri Azərbaycanda insan haqları, qanunun aliliyi və demokratiya sahəsində islahatların dəstəklənməsinə yönələn 2014-2015-cü illər üzrə tədbirlər planını təsdiq edib. Trend-in məlumatına görə, bu barədə Avropa Şurasının saytında bildirilib…
Avropa Şurası (AŞ) nazirlərinin müavinləri Azərbaycanda insan haqları, qanunun aliliyi və demokratiya sahəsində islahatların dəstəklənməsinə yönələn 2014-2015-cü illər üzrə tədbirlər planını təsdiq edib. Trend-in məlumatına görə, bu barədə Avropa Şurasının saytında bildirilib.
Tədbirlər planı AŞ nazirlərinin müavinlərinin dünən keçirilən 1197-ci iclasında təsdiq olunub.
Qeyd edək ki, Azərbaycan may ayından etibarən Avropa Şurası Nazirlər Komitəsində sədrliyə başlayacaq.
/Trend/