AŞPA daimi komitəsinin İrəvanda keçiriləcək iclasında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq

Mayın 31-də İrəvanda Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən Ermənistanın rəhbərliyi altında AŞPA daimi komitəsinin iclası keçiriləcək. APA-nın AŞPA-ya istinadən yaydığı məlumata görə, müzakirələrdə əsas diqqət Ermənistanın AŞ Nazirlər Komitəsinə sədrliyi dövründə prioritetlərinə, AŞPA ilə AŞ Nazirlər Komitəsi arasında siyasi dialoqa ayrılacaq…

Mayın 31-də İrəvanda Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən Ermənistanın rəhbərliyi altında AŞPA daimi komitəsinin iclası keçiriləcək. APA-nın AŞPA-ya istinadən yaydığı məlumata görə, müzakirələrdə əsas diqqət Ermənistanın AŞ Nazirlər Komitəsinə sədrliyi dövründə prioritetlərinə, AŞPA ilə AŞ Nazirlər Komitəsi arasında siyasi dialoqa ayrılacaq. İclasın gündəliyinə alternativ həbs cəzası, Avropa Şurasının 2014-2015-ci il büdcəsinin müzakirəsi də daxildir.

AŞPA Avropa Sollar Qrupu iclasda “Dağlıq Qarabağ münaqişəsi 25 il sonra: Ermənistan və Azərbaycan barışdırmaq üçün Avropa Şurasının imkanları” mövzusunda müzakirələr keçirməsi təklif edib. Bu diskussiyaların tarixi iclasın gündəliyi təsdiqlənən zaman müəyyən olunacaq.

Xatırladaq ki, mayın 16-da Ermənistan Avropa Şurası Nazirlər Komitəsinə altı aylıq sədrlik səlahiyyətini rəsmən təhvil alıb.

/APA/