AŞPA Monitorinq Komitəsində Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş dinləmələr keçiriləcək

Mayın 24-də Tallində AŞPA Monitorinq Komitəsinin iclası olacaq. İclasda dondurulmuş münaqişələrlə bağlı dinləmələrin keçirilməsi nəzərdə tutulur. APA-nın AŞPA mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, Monitorinq Komitəsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini də müzakirə etmək niyyətindədir. Dinləmələrdə bu məsələlər üzrə ekspertlərin iştirakı da gözlənilir…

Mayın 24-də Tallində AŞPA Monitorinq Komitəsinin iclası olacaq. İclasda dondurulmuş münaqişələrlə bağlı dinləmələrin keçirilməsi nəzərdə tutulur. APA-nın AŞPA mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, Monitorinq Komitəsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini də müzakirə etmək niyyətindədir. Dinləmələrdə bu məsələlər üzrə ekspertlərin iştirakı da gözlənilir. İştirakçılar həmçinin Dnestryanı, Abxaziya və Cənubi Osetiya münaqişələrini müzakirə edəcəklər.

Mayın 23-də isə Monitorinq Komitəsində 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında baş vermiş müharibə müzakirə olunacaq, Gürcüstan, Ukrayna, Albaniya, Moldova və Monteneqroda monitorinq proseduralarının yenilənməsi həyata keçiriləcək.

/APA/