XəbərlərAŞPA-nın müşahidə missiyası Azərbaycana gəlib September 11, 2013 Missiya Azərbaycandakı seçkiqabağı situasiyanı və seçki kampaniyasının gedişini qiymətləndirəcək Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək missiyası Azərbaycana gəlib. Məlumata görə, Robert Uolterin rəhbərlik etdiyi 7 deputatdan ibarət müşahidə missiyası seçkiqabağı situasiyanı və seçki kampaniyasının gedişini qiymətləndirəcək. Qonaqlar səfər zamanı prezident İlham Əliyev, prezidentliyə namizədlər, Milli Şuraya daxil olan müxalifət partiyalarının nümayəndələri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri,MSK sədri, QHT və media nümayəndələri ilə görüşlər keçirəcəklər. Missiya səfərin nəticələrinə dair bəyanatla çıxış edəcək. Səfər sentyabrın 13-də yekunlaşacaq. /apa/ Related Posts İşğalçının ifşası: Görünən kəndə bələdçilik cəhdi October 28, 2020October 28, 2020 PRESS-RELİZ October 5, 2020October 5, 2020 Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-a qarşı mübarizədə Azərbaycanın gördüyü işləri yüksək qiymətləndirib May 13, 2020May 13, 2020 Post navigation Previous Article 11 sentyabr terrorundan 12 il ötürNext Article “Qarabağ dinləmələri” mövzusunda seminar keçirilib