Dağlıq Qarabağ münaqişəsinin həllində qarşılıqlı fəaliyyət optimist yanaşma tələb edir. Bunu ATƏT-in milli azlıqlar üzrə ali komissarı Lamberto Zanyer Twitter sosial şəbəkəsində mətbuat konfransı zamanı Trend-in sualına cavab olaraq bildirib.
Ali komissar qeyd edib: “Davam etməkdə olan bütün münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsində qarşılıqlı fəaliyyət optimist yanaşma və prinsipiallıq tələb edir”.
Qeyd edək ki, 1988-ci ildə Ermənistan tərəfindən Azərbaycana qarşı ərazi iddiaları başlayıb. Bir müddət sonra isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə hərbi təcavüz başlanıb. Dağlıq Qarabağ və ona sərhəd yeddi rayon – Azərbaycan ərazisinin 20 faizi – Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Bu işğal faktoru hələ də davam edir.