ATƏT-in Cənubi Qafqaz regionundakı işində ikili standartlar mövcuddur

ATƏT-in Cənubi Qafqaz regionundakı işində ikili standartlar mövcuddur. Trend-in məlumatına görə, bu barədə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov “Nezaviimoya Qazeta ” ya müsahibəsində bildirib…

ATƏT-in Cənubi Qafqaz regionundakı işində ikili standartlar mövcuddur. Trend-in məlumatına görə, bu barədə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov “Nezaviimoya Qazeta ” ya müsahibəsində bildirib. Məmmədyarov Bakının Azərbaycan ərazisində ATƏT nümayəndəliyinin statusunun aşağı salınması planları ilə bağlı sualı cavablandırarkən bildirib ki, ikili standartlar hətta ölkələrdəki daxili vəziyyətin qiymətləndirilməsində də mövcuddur: “Məsələn, prezidentliyə namizədin digər namizədi güllələməsi və başqa bir namizədin aclıq aksiyası keçirməsi təşkilatın rəsmi hesabatlarında göstərilmir, seçkilər isə şəffaf və demokratik qiymətləndirilir. Ancaq digər ölkədəki proseslər mikroskop altında öyrənilir “.

Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir bildirib ki, “diplomatik yollar hələ tükənməyib “.

“Biz bu möhkəm dairəni yarmaq üçün səylərimizi, ikiqat, hətta üçqat artırmalıyıq. Gəlin sual verək, Ermənistanda ictimai fikri öyrənmək üçün sorğu keçirdilər, onlar bundan nə uddular? Kim qalib gəldi? “.

Məmmədyarovun sözlərinə görə, ətrafında danışıqların getdiyi Madrid prinsiplərinin mahiyyəti bundan ibarətdir ki, müəyyən olunmuş vaxtda Dağlıq Qarabağ ətrafında olan yeddi rayon Azərbaycana qaytarılır, əvəzində isə erməni tərəfi təhlükəsizlik zəmanətindən əlavə, Qarabağın müvəqqəti statusunu əldə edir. Üstəgəl faktiki olaraq Azərbaycan torpaqlarının 20 faizində hazırda sadəcə mövcud olmayan iqtisadi inkişaf, qaçqınların geri qaytarılması, açıq əlaqələr, insanların normal həyat təminatının bərpası əldə olunur.

Nazirin sözlərinə görə, cəfəngiyyat ondan ibarətdir ki, dünyada heç bir ölkə, hətta Ermənistan da işğal olunmuş Dağlıq Qarabağın müstəqilliyini tanımayıb:

“Cəfəngiyat alınır: Qarabağdan milliyyətcə azərbaycanlı olan bütün insanları qovdular və hər bir millətin öz müqəddəratını təyinetmə hüququ prinsipindən istifadə etdiklərini bildirdilər. Azərbaycanlılar milliyyət deyil? Heç kim millətin öz müqəddəratını təyinetmə hüququ prinsipini inkar etmir, lakin, BMT nizamnaməsində və Helsinki aktında eynilə ərazi bütövlüyü prinsipi də qeyd edilib. Fəaliyyətsizlik vəziyyəti pisləşdirir “.

Onun sözlərinə görə, təmas xəttində gərginlik artır və ölkələr arasında uçurum artığından böhran yaranacaq:

“İqtisadiyyat müxtəlif münaqişələrin nizama salınması baxımından böyük rol oynayır. Biz hərbi əməliyyatların olmasını istəmirik “.