ATƏT-in Minsk qrupunun fransalı həmsədri yaxın müddətdə əvəz ediləcək

ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasye noyabrın sonunda regiona sonuncu səfərini edəcək, bundan sonra isə o, əvəz ediləcək. Bu barədə cümə axşamı Trend-ə Fransadakı diplomatik mənbə bildirib.
“Rəsmi təyinat hələ olmayıb, lakin hazırda Ukraynada səfir diplomatik missiyasını başa çatdıran Jak Foranın namizədliyi nəzərdən keçirilir “, – diplomatik mənbə deyib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır…
Trend.