ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərinin tarixi müəyyənləşib

ATƏT-in Minsk qrupunun həmsədrləri noyabrın 28-də Yerevana gələcəklər. Trend-in məlumatına görə, bu barədə “Novosti-Armeniya ” agentliyinə Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan bildirib.
“Səfər çərçivəsində həmsədrlərin Ermənistan Prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşləri keçiriləcək “, – Balayan deyib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır… Trend.