Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü tanıyır

“Xüsusilə bizim üçün çox vacib olan enerji və təhlükəsizlik sahələrində”…

“Xüsusilə bizim üçün çox vacib olan enerji və təhlükəsizlik sahələrində”.

Bakıda keçirilən “Şərq Tərəfdaşlığı” proqramının xarici işlər nazirlərinin görüşü iştirakçı ölkələrin Avropa İttifaqı ilə münasibətlərinin dərinləşməsinə imkan yaradacaq.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramında iştirak edən ölkələrin xarici işlər nazirlərinin Bakıda keçirilən 4-cü qeyri-rəsmi görüşünün açılışında deyib. Nazir bildirib ki, Azərbaycan bu il çox intensiv şəkildə Avropa İttifaqı ilə inteqrasiya məsələlərini müzakirə edib.
 
Aİ-nin genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle  isə çıxışında bəyan edib ki, “Şərq Tərəfdaşlığı”na daxil olan 6 ölkə Aİ üçün vacib ölkələrdir: “Biz bu altı ölkənin müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik”.

Ş.Füle qeyd edib ki, toplantıda regionda baş verənlər müzakirə olunacaq: “Bu görüş Avropa İttifaqını daha yaxından anlamağa, sülh və sabitlik üçün birlikdə nələr edə biləcəyimizi müəyyənləşdirməyə imkan verəcək”.
 
Avropalı komissarın fikrincə, bu görüş tərəflər arasında həmrəyliyi və etimadı gücləndirəcək.

Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibinin müavini Helqa Şmidt isə Aİ-nin “Şərq Tərəfdaşlığı” ölkələri ilə əməkdaşlığı gələcəkdə daha da möhkəmləndirmək istədiyini vurğulayıb: “Xüsusilə bizim üçün çox vacib olan enerji və təhlükəsizlik sahələrində”.

www.oxu.az