Azərbaycan Ermənistanın avqustun əvvəlində cəbhədə törətdiyi təxribatla bağlı ATƏT PA-nın prezidentinə müraciət edib

 Ermənistanın avqust ayının əvvəlində Azərbaycanla təmas xəttində törətdiyi təxribatla bağlı ATƏT Parlament Assambleyasının (PA) rəhbəri İlkka Kanervaya müraciət olunub…

Ermənistanın avqust ayının əvvəlində Azərbaycanla təmas xəttində törətdiyi təxribatla bağlı ATƏT Parlament Assambleyasının (PA) rəhbəri İlkka Kanervaya müraciət olunub.

 

ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova APA-ya açıqlamasında bildirib ki, müraciəti Azərbaycan adından o edib.

 

Müraciətdə assambleyadan bu təxribatla bağlı qurumun konkret münasibət bildirməsi istənilir: “Yazılı müraciətdən əlavə, bizim intensiv telefon danışıqlarımız da oldu. Qurumun prezidenti cavab məktubunda bizə bildirdi ki, bu məsələnin onlar tərəfindən ciddi diqqət mərkəzində olduğunu vurğulayıb, bununla bağlı ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Suareşin münasibətini xatırladaraq fəaliyyətlərində diqqətdə saxlayacaqlarını bildirib”.

 

B.Muradova onu da qeyd edib ki, Ermənistanın cəbhədəki təxribatı məsələsi birmənalı olaraq ATƏT PA-nın Cenevrədə keçiriləcək payız sessiyasında da qaldırılacaq.

 

/Apa/