Azərbaycan Qazaxıstanla ticarət əlaqələrini azaldıb

2012-ci ildə iki ölkə arasında mal dövriyyəsi 390 milyon dollardan ibarət olub…

2012-ci ildə iki ölkə arasında mal dövriyyəsi 390 milyon dollardan ibarət olub.

Qazaxıstandan Azərbaycana idxalat 31% azalıb.

Oxu.Az Bnews.kz-a istinadən xəbər verir ki, Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməliyyatların həcmi cari ilin yanvar-oktyabr aylarında, 2013-cü ilin analoji dövr üçün olan göstəricilərlə müqayisədə 33,7%, 206 milyon 274,08 min dollar azalıb.

Əsasən Azərbaycana mallarının Qazaxıstan Respublikasına ixracı hesababt dövrü üçün 25 milyon 806,06 min dollardan ibarət olub bu isə ötən ilin müvafiq dövrü üçün olan göstəricidən 46,77% azdır.

Qazaxıstan mallarının AR-na idxalı 31,28% – 180 milyon 468,02 min dollar azalıb.

Azərbaycanın ümumi ixracında Qazaxıstanın payı 0,13%, idxalında isə 2,45%-dən ibarətdir.

On ayın nəticələrinə görə, Qazaxıstan azərbaycan Respublikasının əsas ixracat-ölkələrinin siyahısında doqquzuncu mövqedədir. Əsas onluğa Rusiya, Türkiyə, Böyük Britaniya, Almaniya, Çin, ABŞ, Ukrayna, İtaliya və Braziliya daxildir.

Azərbaycan və Qazaxıstan arasında mal dövriyyəsi zəif dinamika nümayiş etdirməyə davam edir.

Ekspertlər hesab edir ki, indiki templər cari ilin sonuna qədər iki ölkə arasında mal dövriyyəsinin çətinliklə 220 milyon dollara çatacaq. Bu, 2013-cü ilin göstəricisindən təxminən 40% azdır.  

2012-ci ildə iki ölkə arasında mal dövriyyəsi 390 milyon dollar, 2013-cü ildə isə 370,997 milyon dollardan ibarət olub.

Hər iki ölkənin rəsmi simaları, indiki mal dövriyyəsi mövcud potensiala müvafiq olmaması fikri ilə razılaşırlar və dəflərlə ticarət əlaqələrinin möhkəmləndirilməsinin mühümlüyünü bəyan ediblər. Qazaxıstandan Azərbaycana ixracı – mineral resirslar (neft, qaz), kimyəvi xammal, buğda, tütün malları, elektrik avadanlığından ibarətdir.

Qazaxıstana isə bituminoz materiallardan neft məhsulları, etilen polimerləri, maşın və mexanizmlər üçün komplektləşdiriciləri, yığma tikinti konstruksiyaları ixrac edilir.

www.oxu.az