Azərbaycan və Aİ qiymətli kağızlar bazarının inkişafı sahəsində əməkdaşlığı davam etdirəcəklər

 Azərbaycan və Avropa İttifaqı (Aİ) qiymətli kağızlar bazarının inkişafı sahəsində əməkdaşlığı davam etdirəcək…

Azərbaycan və Avropa İttifaqı (Aİ) qiymətli kağızlar bazarının inkişafı sahəsində əməkdaşlığı davam etdirəcək

Trend-in məlumatına görə, bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı  “Azərbaycan Respublikasının qiymətli kağızlar bazarı üzrə qanunvericiliyinin Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılması və QKDK-nın instituisional inkişafı ” Tvinninq layihəsinin yekunlarının təqdimatına həsr edilmiş mətbuat konfransında deyib.

Layihə 20 ay ərzində Polşanın Maliyyə Nəzarəti Agentliyi ilə birgə və Aİ-nin vəsaitləri hesabına həyata keçirilib.

Aslanlı bildirib: “QKDK və Aİ-nin birgə layihələrin reallaşdırılmasında uğurlu təcrübəsi gələcəkdə də Avropa İttifaqının bu tip layihələrinə müraciət edəcəyimizi iddia etməyə əsas verir “.

Onun sözlərinə görə, söhbət təkcə tvininq layihələrdən getmir: “Aİ-nin bizə lazım olan bilik və təcrübələri mübadilə etmək üçün müxtəlif alətləri var “.

Öz növbəsində, Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard Avropa İttifaqının Azərbaycanla kapital bazarının inkişafı sahəsində əməkdaşlığını davam etdirmək niyyəti barədə məlumat verib.

Milli.Az