Azərbaycan və Özbəkistanın gömrük xidmətləri mallar və nəqliyyat vasitələri haqqında e-məlumat bazası yaradırlar

Çərşənbə axşamı Bakıda Azərbaycan və Özbəkistanın gömrük xidmətləri arasında 2015-2016-cı illər üzrə ikitərəfli əməkdaşlıq planı imzalanıb…

Çərşənbə axşamı Bakıda Azərbaycan və Özbəkistanın gömrük xidmətləri arasında 2015-2016-cı illər üzrə ikitərəfli əməkdaşlıq planı imzalanıb.

Trend-in məlumatına görə, sənədi Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev və Özbəkistanın gömrük xidmətinin rəhbəri Zahid Dusanov imzalayıblar.

Planda gömrük işi, birgə tədbir və görüşlərin keçirilməsi sahəsində əməkdaşlığın möhkəmləndirilməsi nəzərdə tutulur.

Tərəflər qeyd ediblər ki, ölkələr arasında qarşılıqlı əməkdaşlıq sürətlə inkişaf edir, əmtəə dövriyyəsi artır və o, cari ildə rekord səviyyəyə çatacaq. Gömrük komitələri rəhbərləri əməkdaşlığın daha da möhkəmlənəcəyinə ümidlərini ifadə ediblər.

Həmçinin görüş çərçivəsində Azərbaycan və Özbəkistanın dövlət sərhədindən keçirilən mallar və nəqliyyat vasitələri haqqında ilkin informasiya mübadiləsinin təşkilinə dair protokol da imzalanıb.

Protokol strukturlara informasiyaları mübadilə etməyə imkan verən elektron məlumat bazasının yaradılmasını da nəzərdə tutur.

 

/Trend/