İclasda terrorçuluq, narkotiklərin qeyri-qanuni dövriyyəsi kimi sahələrdə birgə mübarizə ilə bağlı sənəd imzalanıb…
İclasda terrorçuluq, narkotiklərin qeyri-qanuni dövriyyəsi kimi sahələrdə birgə mübarizə ilə bağlı sənəd imzalanıb.
Azərbaycanla Rusiya Daxili İşlər Nazirliklərinin yüksək rütbəli şəxsləri Qubada toplaşıb.
Oxu.Az ANSPRESS-ə istinadən xəbər verir ki, burada sərhədyanı ərazilərdə birgə fəaliyyətin əlaqələndirilməsi üzrə İşçi Qrupunun iclası keçirilib.
Daxili işlər nazirinin müavini Vilayət Eyvazov və Rusiya Daxili İşlər Nazirliyinin Şimali Qafqaz Federal Dairəsi üzrə Baş İdarəsinin rəis müavini İqor Romaşkin, eləcə də Dağıstanın daxili işlər naziri Abduraşid Maqomedov və hər iki ölkənin sərhəd rayonlarının polis rəisləri iştirak edib.
İclasda radikallıq, ekstremizm, terrorçuluq, narkotiklərin qeyri-qanuni dövriyyəsi, insan alveri kimi sahələrdə birgə mübarizə ilə bağlı sənəd imzalanıb.