Azərbaycana qarşı haqsızlığı Ukrayna telekanalı işıqlandırdı

Rusiyanın qondarma dövlətləri dəstəkləməsi, onlara maddi və texniki yardım göstərməsi də verilişin əsas sujet xətti olub…

Rusiyanın qondarma dövlətləri dəstəkləməsi, onlara maddi və texniki yardım göstərməsi də verilişin əsas sujet xətti olub.

Ukrayna televiziya kanalında postsovet məkanında qondarma respublikaların taleyindən bəhs edən veriliş yayımlanıb.

Oxu.Az AzNews.az-a istinadən xəbər verir ki, “Qovorit Ukraina” studiyasının hazırladığı “Tanınmamış dövlətlərin taleyi” adlanan siyasi tok-şouda qondarma dövlətlərin yaranmasına, mövcud vəziyyətinə diqqət yönəldilib. Rusiyanın qondarma dövlətləri dəstəkləməsi, onlara maddi və texniki yardım göstərməsi də verilişin əsas sujet xətti olub.

Proqramda Ukraynanın Krım, Gürcüstanın Abxaziya və Osetiya, Moldovanın Dnestryanı bölgələrindən bəhs edilib. Verilişdə Ermənistanın Azərbaycan ərazilərinə qarşı işğalçılıq siyasəti nəticəsində Dağlıq Qarabağın ilhaq edilməsi, bu problemin yaranma tarixinə də diqqət yönəldilib.

Qeyd edək ki, verilişin Dağlıq Qarabağla bağlı hissəsinə 36-cı dəqiqədən baxa bilərsiniz. 

 

/Oxu.az/