Azərbaycanda 3 yeni seçki komissiyası yaradılıb

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK-nın 29 may 2014-cü il tarixli iclasının protokolu təsdiq edilib…

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK-nın 29 may 2014-cü il tarixli iclasının protokolu təsdiq edilib.

Trend-in məlumatına görə, iclasda Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı “na əsasən, aşağı seçki komissiyası üzvlərinin maarifləndirilməsinin təşkili barədə qərar da qəbul edilib.

Daha sonra isə seçki dairələrinin sxemi, qrafik təsviri və hüquqlarında dəyişiklik zərurəti yaradan normativ hüquqi aktların icrası və seçki dairələrinə aid tələblərin Azərbaycan Respublikası Seçki Məcəlləsinə uyğunlaşdırılması, MSK-nın bəzi normativ xarakterli aktlarına və bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişikliklər edilməsi müzakirə edilib.

Müzakirə edilən məsələlər səsə qoyularaq qəbul edilib.

İclasda, həmçinin 3 yeni seçki komissiyasının yaradılması barədə qərar qəbul edilib.

 

/trend/