Azərbaycanda magistral yolun bir hissəsi bağlanacaq

Hacıqabul-Bəhramtəpə-Horadiz avtomobil yolunun bir hissəsi bağlanacaq…

Hacıqabul-Bəhramtəpə-Horadiz avtomobil yolunun bir hissəsi bağlanacaq. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi “Azəryolservis ” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, Hacıqabul-Bəhramtəpə-Horadiz avtomobil yolunun Saatlı rayonu ərazisindən keçən hissəsində üst aşınma layının qoyulması ilə əlaqədar 48-ci km-dən 56-cı km-ə qədər hissə aprelin 25-dən 28-dək bağlanacaq.

P.Mürsəliyev qeyd edib ki, magistral yolda alternativ yolu göstərən nişanlar qoyulacaq. Ona görə də sürücülərdən alternativ yoldan istifadə etmələri xahiş olunur.

 

/Trend/