Qurum rəsmisi yardım əli uzatmaqda imkansız olduqlarını söylədi…
Qurum rəsmisi yardım əli uzatmaqda imkansız olduqlarını söylədi.
Qubanın Əski İqriq kənd sakinləri olan İsgəndərovlar ailəsi onlara olan diqqətsizlikdən narazıdırlar.
Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, ailənin dediyinə görə, onlara diqqət göstərsəydilər yanmış damı olan evdə bu vaxta qədər yaşamazdılar.
Şikayətçi David İsgəndərov bildirir ki, yaşadığı 2 mərtəbəli evin dam örtüyü 2012-ci ilin mart ayında yanaraq tamamilə yararsız hala düşüb.
Onun sözlərinə görə, dam örtüyünü başqalarından aldığı borc pul hesabına müvəqqəti olaraq təmir etsə də, bu il mart ayının sonunda kənddə baş verən güclü külək evin üstünü yenidən dağıdıb.
2 uşağı və həyat yoldaşı ilə bu evdə yaşamağın təhlükəli olduğunu söyləyən David İsgəndərov evinin bərpasında ona qurumların laqeydlik göstərdiyindən şikayətlənir.
Ailə başçısının sözlərinə görə, dəfələrlə məktub yazıb, şikayət etsə də onlara kömək edən yoxdur.
Quba şəhər bələdiyyəsinin sədri Dəstəbəy Tərlanov ailəyə ev yanarkən 500 AZN dəyərində taxta material alaraq köməklik edildiyini deyib. İndi isə qurum rəsmisi yardım əli uzatmaqda imkansız olduqlarını söylədi.
Quba Rayon İcra Hakimiyyətindən isə Qarabağ veteranına yardım məsələsinə yenidən baxılacağı bildirilib.
/Oxu.az/