Hal-hazırda Türk Akademiyasında 30-dan çox elmi araşdırma aparılır…
Hal-hazırda Türk Akademiyasında 30-dan çox elmi araşdırma aparılır.
Nursultan Nazarbayev Qazaxıstan Respublikasının “Türk akademiyasının yaradılması barədə sazişin təsdiqlənməsi haqqında” Qanunu imzalayıb, Qazaxıstan prezidentinin mətbuat xidməti xəbər verir.
“Cari saziş Qazaxıstan prezidentinin sərəncamı ilə türkdilli dövlətlərin əməkdaşlıq Sammitində imzalanıb. Türk Akademiyasının əsas fəaliyyət məqsədi türk dünyası alimlərinin elmi tədqiqatlarını stimullaşdırmasıdır” – Qazaxıstan Respublikasının elm və təhsil naziri Aslan Sarinjipov, qanun layihəsini təqdim edərkən bildirib.
Oxu.Az bu barədə Haqqin.Az-a istinadən xəbər verir.
Onun sözlərinə görə, 2012-ci ilin avqust ayının 23-də Bişkekdə imzalanan Saziş Türkiyə, Azərbaycan və Qırğızıstan tərəfindən qəbul edilib. Türk Akademiyasının xərcləri 2014-cü il büdcəsi üçün 390 milyon təngədir, bu isə 2013-cü il üçün olan büdcədən 2 dəfə çoxdur.
A.Sarinjipov qeyd edib ki, bu məbləğ Akademiyanın gələn illər üçün də maliyyələşdirilməsinə bəs edəcək.
Hal-hazırda Türk Akademiyasına ayrılmış vəsaitin sayəsində 30-dan çox elmi araşdırma aparılır. Akademiyanın maliyyələşdirilməsində sazişi qəbul edən bütün ölkələr iştirak edir.