Azərbaycanın BMT yanında daimi nümayəndəsi etimadnaməsini Pan Gi Muna təqdim edib

Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi Yaşar Əliyev etimadnaməsini BMT-nin baş katibi Pan Gi Muna təqdim edib…

Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi Yaşar Əliyev etimadnaməsini BMT-nin baş katibi Pan Gi Muna təqdim edib.

Trend-in BMT-nin İctimai İnformasiya Departamentinin saytına istinadən verdiyi məlumata görə, Y.Əliyev bundan öncə Azərbaycan Xarici İşlər Nazirliyində Yaxın Şərq, Qoşulmama Hərakatı və İslam Əməkdaşlıq Təşkilatına xüsusi tapşırıqlar üzrə səfir vəzifəsində çalışıb.

Y.Əliyev 2006-2011-ci illərdə Azərbaycanın ABŞ-da səfiri kimi fəaliyyət göstərib. O, həmçinin müxtəlif dövrlərdə daimi nümayəndə, müşavir və müvəqqəti işlər vəkili kimi çalışıb

 

/Trend/