Azərbaycanın Qəzza bölgəsi üçün ayırdığı yardım hesaba köçürülüb…
Azərbaycanın Qəzza bölgəsi üçün ayırdığı yardım hesaba köçürülüb.
Trend-in BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Yaxın Şərq Agentliyinə (UNRWA) istinadən verdiyi məlumata görə, 2014-cü ilin iyun-iyul aylarında Qəzzada aparılmış hərbi əməliyyatlar nəticəsində baş vermiş humanitar böhranın aradan qaldırılması məqsədilə Azərbaycan hökuməti tərəfindən Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) vasitəsilə Qəzza bölgəsinin əhalisi üçün ayrılmış 635 min ABŞ dolları həcmində yardım cari ilin 29 sentyabr tarixində UNRWA-nın hesabına daxil olub.
Sözügedən yardım UNRWA tərəfindən Qəzza bölgəsində həyata keçirilən yenidənqurma proqramları üçün istifadə ediləcək.
/Trend/