Cari ilin 1-ci rübündə xarici ticarətin müsbət saldosu 3,61 mlrd. ABŞ dolları təşkil edib…
Cari ilin 1-ci rübündə xarici ticarətin müsbət saldosu 3,61 mlrd. ABŞ dolları təşkil edib.
Bu ilin 3 ayı ərzində xarici ticarət dövriyyəsi 7,14 mlrd. ABŞ dolları təşkil edib.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi rüblük hesabatında məlumat verib.
DGK-dan verilən məlumata görə, bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 16,54% azalma deməkdir.
İxrac əməliyyatlarının həcmi 5,34 milyard dolları ötüb, bu isə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 15,26% azdır.
Bu ilin yanvar-mart aylarında ölkənin idxal əməliyyatlarının həcmi 1,76 mlrd. ABŞ dolları olub ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 20,21% azdır.
Eyni zamanda, ilin əvvəlindən üç ay ərzində xarici ticarətin 3,61 mlrd. ABŞ dollarlıq müsbət saldosuna baxmayaraq, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 12,61% azdır.