Azərbaycanlı alim Jirinovskini duelə çağırdı

“Klassik boks rinqində görüşməyə dəvət edirəm”…

“Klassik boks rinqində görüşməyə dəvət edirəm”.

Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Məmməd Nəcəfzadə RLDP-nın lideri Vladimir Jirinovskini döyüşə dəvət edib, Oxu.Az xəbər verir.

Bu barədə M.Nəcəfzadə Facebook sosial şəbəkəsindəki səhifəsində yazıb:

“Cənab Jirinovski!

Siz, tez-tez Kütləvi İnformasiya Vasitələrində çıxış edərkən, Azərbaycanı və azərbaycanlıları çirkaba batırırsınız. Bizi (9 milyonluq xalqı) qoyun adlandırırsınız! Başqalarını deyə bilmərəm, amma şəxsən məni düşünülməmiş hərəkətlərinizlə çox təhqir edirsiniz. Sizi intellektual bir şəxs kimi qəbul etsəydim, sizə başqa təkliflə müraciət edərdim. Əfsus ki, dəfələrlə əmin olmuşam ki, siz yumruq davasına üstünlük verirsiniz. Ona görə də sizi üç raunddan ibarət klassik boks rinqində görüşməyə dəvət edirəm.

Mən də sizin kimi 70 yaşındayam. Çəkimə görə 15 kq sizdən yüngüləm. Bütün bunları nəzərə alaraq sizə dostluq görüşü təklif edirəm, bir şərtlə hakimlər neytral ölkələrdən olmalıdır, məsələn, İngiltərə və ya Kubadan; görüş yeri də məsələn, Belçika və ya İsveçrə ola bilər. Qalibi mükafatlandırmaq üçün, oyunun pullu olmağını təklif edirəm. Görüşün tarixi və yeri ilə bağlı müvafiq razılaşmanın bağlanması üçün səbirsizliklə Sizin reaksiyanızı və yaxud da Sizin açıq şəkildə üzr istəməyinizi gözləyirəm”.

www.oxu.az