Son dörd ayda artım 3,9 milyon dollar təşkil edib…
Son dörd ayda artım 3,9 milyon dollar təşkil edib.
Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunun vəsaiti son bir ayda 562424 manat artıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Mayın 1-i tarixinə Fondun manat hesabındakı vəsait 53810708 AZN, ABŞ valyutası hesabındakı vəsait 211791 ABŞ dolları, Avro hesabındakı vəsait isə 593 avro təşkil edib.
Vəsait artımı Azərbaycan manatı hesabında baş verib. ABŞ dolları və Avro hesabındakı vəsait dəyişməz qalıb. Rusiya rublu ilə olan hesaba isə vəsait daxil olmayıb.
Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunun vəsaiti 2014-cü ilin əvvəli ilə müqayisədə 3 056 194 manat (3 896 717 ABŞ dolları) artıb. Mayın 1-i tarixinə Silahlı Qüvvələrə Yardım Fondunun cəmi vəsaiti 68 822 495 ABŞ dollarına çatıb.
Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentinin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.