Azərbaycan Əfqanıstana humanitar yardım göndərib

Yardımın ümumi həcmi 114 tondur…

 

Yardımın ümumi həcmi 114 tondur.

Azərbaycan hökuməti Əfqanıstana 211 min 500 manat dəyərində birdəfəlik humanitar yardım göndərib.

Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyevin göstərişi ilə bu gün Əfqanıstanda sel və daşqınlardan əziyyət çəkən əhaliyə 114 ton həcmində humanitar yardım göndərilib.

Humanitar yardımın Fövqəladə Hallar Nazirliyi Mülki-Müdafiə Qoşunlarının xətti ilə Əfqanıstana göndərilməsi təmin olunub. Mülki-Müdafiə qoşunlarının komandanı general-mayor İlham Abdullayev jurnalistlərə açıqlamasında bildirib ki, yardımın ümumi həcmi 114 tondur. Bura ət, yağ, çay, düyü, un məmulatları və s. ərzaqlar, eləcə də yataq dəstləri daxildir.

Yardım Əfqanıstanın paytaxtı Kabildə Azərbaycanın Əfqanistandakı səfirliyi tərəfindən qəbul ediləcək, daha sonra oradakı yerli hakimiyyət orqanlarına təhvil veriləcək.

www.oxu.az