Azərbaycan əhalisinin sayı 9 milyon 477 min nəfəri ötüb

Ötən il Azərbaycanda əhalinin sayı artaraq 9 milyon 477 min nəfərdən bir qədər çox olub…

 

Ötən il Azərbaycanda əhalinin sayı artaraq 9 milyon 477 min nəfərdən bir qədər çox olub.

 

Bu barədə APA-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) mətbuat xidmətindən məlumat verilib.

 

Komitədən bildirilib ki, ötən il 172 600 uşaq doğulub. Boşanmaların sayı 18 849, nikahların sayı isə 86 594 olub. Əcnəbi vətəndaşlarla nikahların sayı 2780, boşanmaların sayı isə 211 olub. Bağlanmış nikah müqavilələrinin sayı 75-dir. Bu, 2012-ci illə müqayisədə bir qədər çoxdur.

 

Məlumatda məişət zorakılığı ilə bağlı rəqəmlərin də aşağı düşdüyü qeyd olunub: “Demək olar ki, bununla bağlı faktlar yarıbayarı azalıb. Erkən nikahlarla bağlı isə hələ ki, dəqiq rəsmi məlumat yoxdur. Uşaq intiharlarının sayı da artaraq 71 olub”.

 

Apa.az