Azərbaycan bələdiyyə vergilərinin yığımını avtomatlaşdırır

Vergilər Nazirliyi bələdiyyə vergilərinin yığımını avtomatlaşdırır. Trend-in məlumatına gröə, bunu nazirliyin Vergi siyasəti və strateji tədqiqatlar İdarəsinin rəhbəri Natiq Şirinov cümə axşamı “Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər ” III Vergi Forumunda çıxışı zamanı deyib…

Vergilər Nazirliyi bələdiyyə vergilərinin yığımını avtomatlaşdırır. Trend-in məlumatına gröə, bunu nazirliyin Vergi siyasəti və strateji tədqiqatlar İdarəsinin rəhbəri Natiq Şirinov cümə axşamı “Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər ” III Vergi Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bir neçə həftə əvvəl nazirlik bələdiyyələrin vergi informasiya sisteminin (BVİS) avtomatlaşdırılması üzərində işi başa çatdırıb.

Sistemin hazırlanması zamanı nazirlik bələdiyyələrin nümayəndələri ilə 500-ə yaxın görüş keçirib. Proqram təminatı “Cybernet ” şirkəti tərəfindən hazırlanıb.

Şirinov bildirib: “Bu sistemin işi bələdiyyə gəlirlərinin ödənişi ilə bağlı olan bütün əməliyyatların avtomatlaşdırılmasına imkan verir. Bələdiyyə vergi ödəyiciləri olan fiziki şəxslər bu vergiləri bələdiyyələrə gəlmədən ödəmək imkanı əldə edəcəklər “.

Forumda çıxış edən Ədliyyə Nazirliyi yanında Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadənin sözlərinə görə, bələdiyyələr bu sistemin tətbiqini onlarla dövlət arasında əlaqələrin yaxşılaşdırılmasına yönəlmiş addım adlandıraraq alqışlayırlar.

Vergilər Nazirliyi 2014-cü ildən yerli vergilərin, eləcə də bələdiyyə vergiləri və ödənişlərinin ödəyiciləri olan fiziki şəxslərin elektron uçotunun tətbiqi üzrə pilot layihənin reallaşdırılmasına başlayıb.

Layihəyə Bakının Binəqədi, Abşeron rayonunun Saray və Şəmkir rayonunun eyniadlı bələdiyyəsi cəlb edilib.

 

Trend.az