Azərbaycan hərbçiləri Ukraynaya gedirlər

Səfər 17 gün davam edəcək…

Səfər 17 gün davam edəcək.

Azərbaycanın Müdafiə Nazirliyi hərbçilərimizin Ukraynada keçiriləcək hərbi təlimdə iştirakını təsdiqləyib.

Müdafiə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, sentyabrın 8-dən 12-dək Neapol şəhərində (İtaliya) Peşəkar çavuş kadrlarının hazırlığı mövzusunda seminar, 19-dək Tbilisi şəhərində (Gürcüstan) Daha geniş təhlükəsizlik mühitində müdafiənin idarə olunması kursu, sentyabrın 11-dən 28-dək isə Lvov şəhərində (Ukrayna) Rapid Trident-2014 komanda-qərargah təlimi keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, Amerika KİV-in məlumatına görə, təlimlərdə Ukrayna, Azərbaycan, Bolqarıstan, Kanada, Gürcüstan, Almaniya, Böyük Britaniyta, Latviya, Litva, Moldova, Norveç, Polşa, Rumıniya, İspaniya, ABŞ da daxil olmaqla, 15 ölkədən hərbçilər, həmçinin NATO-nun nümayəndələri iştirak edəcəklər.

www.oxu.az