Azərbaycan Milli Məclisinin sədri və İran Prezidenti ikitərəfli əlaqələrin inkişafını müzakirə ediblər

Azərbaycan Milli Məclisin sədri Oqtay Əsədov bu gün Tehranda İran Prezidenti Həsən Ruhani ilə görüşüb…

Azərbaycan Milli Məclisin sədri Oqtay Əsədov bu gün Tehranda İran Prezidenti Həsən Ruhani ilə görüşüb. Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi xəbər verir.

Məlumata əsasən, Tehranda keçirilən İslam Əməkdaşlıq Təşkilatının İslam Parlamentlərarası Birliyinin (İİPU) 9-cu iclası çərçivəsində baş tutan görüşdə İran və Azərbaycan arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, regional və beynəlxalq məsələlər müzakirə olunub.

Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatın İslam Parlamentlərarası Birliyinin (İİPU) rəhbərlərinin 9-cu iclası bu gün səhər Tehranda öz işinə başlayıb. İclas sabah başa çatacaq. İclasda 47 ölkədən nümayəndə heyəti o cümlədən 26 parlament sədri iştrak edir.

Azərbaycanı iclasda Milli Məclisin sədri Oqtay Əsədov təmsil edir.

/Trend/