“Geri çəkilən düşmənin kəşfiyyat-diversiya qrupunun bələdçisi silahlı və yaralı vəziyyətdə əsgərlərimiz tərəfindən ələ keçirilib”…
“Geri çəkilən düşmənin kəşfiyyat-diversiya qrupunun bələdçisi silahlı və yaralı vəziyyətdə əsgərlərimiz tərəfindən ələ keçirilib”
Bakı. Fuad Cəfərov – APA. Müdafiə Nazirliyi Tovuzda kəşfiyyat-diversiya qrupunun bələdçisinin ələ keçməsi barədə məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu gün saat 15.00 radələrində Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində ermənilərin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.
Müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı alınıb. Qısa atışmadan sonra geri çəkilən düşmənin kəşfiyyat-diversiya qrupunun bələdçisi Mamiko Xocayan silahlı və yaralı vəziyyətdə əsgərlərimiz tərəfindən ələ keçirilib.
Hazırda saxlanılan erməni əsirin fəaliyyəti ilə bağlı araşdırma aparılır.
/Apa/