Azərbaycan Ordusunun mövqeləri bir neçə istiqamətdə atəşə tutulub

Azərbaycan Ordusunun mövqeləri bir neçə istiqamətdə atəşə tutulub…

Azərbaycan Ordusunun mövqeləri bir neçə istiqamətdə atəşə tutulub. Trend Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Şuraabad, Şıxlar, Nəmirli, Tərtər rayonunun Qızıl Oba kəndləri yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

 

Düşmən cavab atəşi ilə susdurulub. /Trend/