Azərbaycan prezidentinə “2013-cü ilin adamı” mükafatı təqdim olunub

Yanvarın 17-də Azərbaycan prezidenti İlham Əliyevə Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupunun “2013-cü ilin adamı” mükafatının təqdim olunması mərasimi keçirilib.

APA-nın məlumatına görə, yüksək mükafata görə minnətdarlıq edən prezident İ. Əliyev öz fəaliyyəti ilə Azərbaycanı gələcəkdə də inkişaf etdirməyə çalışacağını bildirib…

 

Yanvarın 17-də Azərbaycan prezidenti İlham Əliyevə Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupunun “2013-cü ilin adamı” mükafatının təqdim olunması mərasimi keçirilib.

 

APA-nın məlumatına görə, yüksək mükafata görə minnətdarlıq edən prezident İ. Əliyev öz fəaliyyəti ilə Azərbaycanı gələcəkdə də inkişaf etdirməyə çalışacağını bildirib.

 

ANS Şirkətlər Qrupunun prezidenti, Milli Qəhrəman Çingiz Mustafayev Fondunun idarə heyətinin üzvü Vahid Mustafayev bildirib ki, prezident İlham Əliyev bu mükafata vətəndaşların etimadını qazanaraq Prezident seçilməsinə, BMT Təhlükəsizlik Şurasının sədri kimi ölkəmizin nüfuzunun dünyada gedən proseslərə təsir göstərə biləcək səviyyəyə çatdırılmasına, Azərbaycanın kosmik dövlətlər sırasına qoşulmasına, iqtisadi inkişaf tempini qoruyub saxlamasına, “Şahdəniz-2”, Trans-Adriatik və Trans-Anadolu layihələrinin uğurla həyata keçirilməsi ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamasına, Avropa İttifaqına üzv ölkələr ilə sadələşdirilmiş viza rejiminə keçidə nail olunmasına, rəsmi Bakının regionda ardıcıl və prinsipial siyasət yürütməsinə görə layiq görülüb.

 

Sonra mükafat prezident İ. Əliyevə təqdim edilib.

 

Dövlət başçısı pul mükafatının ənənəvi olaraq Silahlı Qüvvələr Fonduna köçürüləcəyini, ona təqdim olunan saatın isə muzeydə saxlanılacağını bildirib.

/Apa/