Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası illik hesabat konfransı keçirmişdir

Yanvarın 17-də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsini anma mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev tədbiri açdıqdan sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir…

Yanvarın 17-də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsini anma mərasimi keçirilmişdir.

 

AzərTAc xəbər verir ki, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev tədbiri açdıqdan sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

 

Qanlı Yanvar hadisələrinin mahiyyətindən danışan Fərhad Abdullayev bildirmişdir ki, bu terror aktı Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdlərinə, keçmiş SSRİ rəhbərliyinin ölkəmizlə bağlı apardığı qərəzli siyasətə, yerli rəhbərliyin xalqımızın mənafeyinə zidd mövqedə durmasına qarşı etiraz əlaməti olaraq küçələrə çıxmış dinc əhaliyə divan tutmaq məqsədi ilə törədilmişdir. Bakıya və respublikanın digər rayonlarına sovet hərbi hissələrinin yeridilməsi imperiyanın yürütdüyü siyasətin iç üzünü göstərdi. Dinc əhalinin kütləvi etiraz aksiyalarının ağır hərbi texnikanın köməyi ilə vəhşicəsinə dağıdılması təkcə süquta uğramaqda olan sovet siyasi sisteminin qorunması cəhdi kimi deyil, həm də azərbaycanlıların tarixi torpaqlarından sıxışdırılıb çıxarılması ilə bağlı imperiyanın əsrlərlə apardığı mənfur siyasətin davamı idi.

 

Konstitusiya Məhkəməsinin sədri qeyd etmişdir ki, 20 Yanvar şəhidlərinin Bakıda keçirilən izdihamlı matəm mitinqində milyonlarla insanın iştirak etməsi Azərbaycan xalqının azadlıq səsi, haqq, ədalət, demokratiya və müstəqillik uğrunda mübarizə əzmini göstərirdi. Ümummilli lider Heydər Əliyev də xalqını bu ağır günlərdə tək qoymayaraq, yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək terror aktını pisləyən bəyanatla çıxış etmişdir. Dahi şəxsiyyət özünü və ailə üzvlərinin həyatını təhlükəyə məruz qoyaraq 20 Yanvar faciəsinə siyasi qiymət vermiş, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və ozamankı respublika rəhbərlərinin günahı üzündən törədilmiş cinayət olduğunu göstərmişdir.

 

Ulu öndərin 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinin baş verməsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması məsələsi istiqamətində mühüm addımlar atılmış, qanlı qırğının xalqımızın tarixində yeri və rolu, bütün dünya ictimaiyyətinə çatdırılması yönündə mühüm işlər görülmüşdür. Məhz ümummilli liderin təşəbbüsü və təkidi nəticəsində 20 Yanvar faciəsinə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilmişdir.

 

Ulu öndərin şəhid ailələrini və əlillərini dövlət qayğısı ilə əhatə etdiyini vurğulayan Fərhad Abdullayev demişdir ki, ümummilli liderin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev də müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoymuşdur. Ölkəmizdə bu istiqamətdə böyük tədbirlər həyata keçirilir, şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir. Dövlətimiz inkişaf etdikcə 20 Yanvar şəhidlərinin ailə üzvlərinə olan diqqət və qayğı da artır.

 

Konstitusiya Məhkəməsinin sədri qeyd etmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bu gün öz inkişafı, dünyada qazandığı nüfuzu, bölgənin ən qüdrətli dövlətinə çevrilməsi ilə düşmənə layiqli cavab verir. Qazanılan bu uğurlar əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş uzaqgörən, strateji siyasətin nəticəsidir.

 

“Qanlı Yanvardan 24 il ötür. Azərbaycan xalqı azadlıq uğrunda canlarını qurban verən cəsur Vətən övladlarının qəhrəmanlıq mübarizəsini böyük hörmət və ehtiramla əziz tutur, onların igidliyini yüksək qiymətləndirir “, – deyən Fərhad Abdullayev bildirmişdir ki, ötən illər ərzində xalqımız öz şəhidlərini nəinki unutmamış, əksinə, onların qəhrəmanlıqları əbədi olaraq yaddaşlara həkk edilmişdir. Şəhidlərimizin qanı bahasına qazanılan müstəqilliyimizi qanımızla və canımızla qorumalı, ümummilli lider Heydər Əliyevin dediyi kimi, onu daimi, əbədi və dönməz etməliyik.

 

Anma mərasimində AzərTAc-ın hazırladığı “20 Yanvar: Tarixin qan yaddaşı ” sənədli filmi nümayiş etdirilmişdir.

/Azertac/