Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri Bəhreyn və Türkiyədə hərbi kurslarda iştirak edəcəklər

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcəklər…

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcəklər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan-ABŞ iş planına əsasən fevralın 17-dən 20-dək Manama şəhərində (Bəhreyn) “Dəniz minalarına qarşı mübarizə tədbirləri üzrə beynəlxalq təlim ” və fərdi tərəfdaşlıq proqramına əsasən fevralın 17-dən 21-dək Ankara şəhərində (Türkiyə) müdafiənin planlaşdırılması üzrə kurs keçiriləcək.

Tədbirlərdə Silahlı Qüvvələrimizin nümayəndələri də iştirak edəcəklər.

/Trend/