Azərbaycan hökuməti 1988-ci il fevral ayında Sumqayıt şəhərində baş verən hadisələrlə bağlı BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasına sənəd təqdim edib.
“Report”un xəbərinə görə, bu barədə Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində məlumat verilib.
Sənəddə vurğulanıb ki, rəsmi araşdırma 1988-ci ilin fevral ayında cərəyan edən hadisələrin erməni ekstrimist təşkilatları tərəfindən Azərbaycanı nüfuzdan salmaq və Ermənistanın qeyri-qanuni işğalçı niyyətlərini ört-basdır etmək məqsədi ilə hazırlanıb həyata keçirildiyini təsdiqləyib.
Sənəddə 1988-ci ilin fevral ayında Sumqayıtda baş verən hadisələr, bundan sonra cərəyan edən olaylar, xüsusilə erməni separatçılarının bundan istifadə edərək Dağlıq Qarabağda törətdikləri qırğınlar, Azərbaycanın 20 faiz ərazisinin Ermənistan tərəfindən işğal olunmasından bəhs edilib.
Sənəd Azərbaycanın BMT-dəki daimi nümayəndəsi səfir Yaşar Əliyev tərəfindən BMT-nin Baş Assambleyasına təqdim edilib.
Qeyd edək ki, 1988-ci il 27-29 fevral tarixində Sumqayıtda həyata keçirilən qanlı ssenari nəticəsində 6-sı azərbaycanlı, 26-sı isə erməni olmaqla, ümumilikdə 32 Azərbaycan vətəndaşı qətlə yetirilib, yüzlərlə mənzil talan olunub, 50-dən artıq mədəni-məişət obyekti dağıdılıb.
Report