Azərbaycan “Tayfun” alır

Təyyarə hazırda Almaniya, İtaliya, İspaniya, Avstriya və İngiltərənin silahlanmasına qəbul olunub…

Təyyarə hazırda Almaniya, İtaliya, İspaniya, Avstriya və İngiltərənin silahlanmasına qəbul olunub.

 

Azərbaycan Böyük Britaniya ilə “Tayfun” qırıcılarının alınması haqqında danışıqlar aparır.

 

Oxu.Az Haqqın.az-a istinadən xəbər verir, bu barədə nüfuzlu Böyük Britaniya qəzeti The Telegraph yazıb.

 

Məlumata görə ötən il “Eurofighter Typhoon” qırıcılarının Fars körfəzi ölkələrinə satışında Böyük Britaniya dünyada 4-cü yeri tutmuşdu.

 

Bu hərbi təyyarələr dünyada ən müasir və güclü qırıcılardan biridir. Silah idxalçılarının reytinqinə əsasən, ötən il Böyük Britaniya hətta Almaniyanı da keçərək 3,9 milyard dollarıq silah ixrac edib.

 

Təkcə Səudiyyə Ərəbistanına 2 milyard dollar məbləğində 72 qırıcı satılıb. Lakin Birləşmiş Ərəb Əmirliklərinə qırıcıların satışı haqqda müqavilə gözlənilmədən pozulub. Və indi Böyük Britaniyada “Tayfun”ların istehsalçısı – BAE Systems şirkəti Azərbaycan, Küveyt və Qatar ilə öz qırıcılarının satışı barədə danışıqlar aparır, qəzet yazır.

 

Qeyd edək ki, “Tayfun” – dördüncü nəsil çoxməqsədli qırıcı təyyarə olub, 1986-cı ildə Alenia Aeronautica, BAE Systems və EADS konsorsiumu tərəfindən yaradılmış Eurofighter GmbH tərəfindən istehsal edilir.

 

Hazırda qırıcının seriya istehsalı davam edir. Təyyarə Almaniya, İtaliya, İspaniya, Avstriya və Böyük Britaniyanın Hərbi Hava Qüvvələrinin silahlanmasınadır.

 

/oxu.az/