Azərbaycan-Türkiyə sərhədində yeni nəzarət-buraxılış məntəqəsinin təməli qoyulub

Türkiyə və Naxçıvan Muxtar Respublikası arasında yeni “Dilucu ” nəzarət-buraxılış məntəqəsinin təməli qoyulub…

Türkiyə və Naxçıvan Muxtar Respublikası arasında yeni “Dilucu ” nəzarət-buraxılış məntəqəsinin təməli qoyulub. Trend-in məlumatına görə, bunu Türkiyənin gömrük və ticarət naziri Həyati Yazıcı öz “Twitter ” səhifəsində yazıb.

Onun sözlərinə görə, nəzarət-buraxılış məntəqəsinin tikintisi bu ilin sonuna başa çatmalıdır.

H.Yazıcının fikrincə, yeni nəzarət-buraxılış məntəqəsinin fəaliyyəti təkcə iki ölkənin deyil, həmçinin bütün regionun iqtisadiyyatına öz töhfəsini verəcək.

 

/trend/