Bu gün Azərbaycanın Baş naziri Artur Rasizadənin və Bolqarıstanın Baş naziri Plamen Oreşarskinin geniş tərkibdə nümayəndə heyətlərinin görüşündən sonra sənədlərin imzalanması mərasimi olub…
Bu gün Azərbaycanın Baş naziri Artur Rasizadənin və Bolqarıstanın Baş naziri Plamen Oreşarskinin geniş tərkibdə nümayəndə heyətlərinin görüşündən sonra sənədlərin imzalanması mərasimi olub.
Bakı Dövlət Universiteti və Bolqarıstanın Müqəddəs Kiril və Mefodi adına Velikotrnovo Universiteti arasında qarşılıqlı anlaşma barədə Memorandumu bu ali məktəblərin rektorları Abel Məhərrəmov və Plamen Leqkostup imzalayıblar.
Azərbaycanın Maliyyə Nazirliyi və Bolqarıstanın Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında sazişi maliyyə nazirləri Samir Şərifov və Petar Çobanov imzalayıb.
Ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Hökuməti və Bolqarıstan Hökuməti arasında əməkdaşlıq haqqında qarşılıqlı anlaşma barədə Memorandumu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və Bolqarıstanın ətraf mühit və su ehtiyatları naziri İskra Mixaylova imzalayıblar.
/Trend/