Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir…

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir. Trend-in Müdafiə Nazirliyinin mətbuat xidnətinə istinadən verdiyi məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun işğal olunmuş Mərzili, Füzuli rayonunun Horadiz, Tərtər rayonunun Qızıl Oba kəndləri yaxınlığında, Cəbrayıl və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub.

Düşmən cavab atəşi ilə susdurulub.

/Trend/