Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Parisdəki görüşü növbəti sammitə doğru bir addım olacaq

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Parisdə keçiriləcək görüşünün növbəti sammitə doğru bir addım olacağına ümid etdiyini bildirib…

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Parisdə keçiriləcək görüşünün növbəti sammitə doğru bir addım olacağına ümid etdiyini bildirib. Trend-in məlumatına görə, C.Uorlik şəxsi “twitter ” səhifəsində yazıb: “Ümid edirəm ki, bu görüş fevralda sammitin keçirilməsinə doğru bir addım olacaq “.

 

Amerikalı həmsədr vurğulayıb ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü yanvarın 24-də Parisdə keçiriləcək. /Trend/