Azərbaycan və İsrail ikiqat vergi ödəməyəcəklər

“İsrailə Azərbaycanın energetika sahəsindəki təcrübəsi maraqlıdır”…

“İsrailə Azərbaycanın energetika sahəsindəki təcrübəsi maraqlıdır”.

 

Azərbaycan və İsrail ikiqat vergi ödəməmək üçün saziş imzalamağa hazırlaşırlar.

 

Oxu.Az Vesti.az-a istinadən xəbər verir ki, bu haqda məlumatı, Bakıda səfərdə olan, İsrailin Eksport İnstitutunun direktoru Ramzi Qabay xəbər verib.

 

“Biz, Azərbaycanın Eksport və İnvestisiyalara Dəstək Fondunun (AZPROMO) başçısı Rüfət Məmmədov ilə görüşdük. Bu görüşün nəticəsi inkişafı üçün bütün lazımi şəraitin və potensialın olduğu, birgə əməkdaşlığı fəallaşdırmaq qərarı oldu. Bundan başqa, biz standartlaşdırma üzrə daha bir saziş üzərində işə başladıq. Ümid edirik ki, hər iki sənəd üzərində işi cari ildə başa vura biləcəyik” – deyə Ramzi Qabay bildirib.

 

Onun sözlərinə görə İsrail Azərbaycana yeni texnologiyalar gətirə bilər.

 

“Söhbət müxtəlif: tibb, mobil texnologiyalar, kənd təsərrüfatı, qida sənayesi və s. sahələrdən gedir. Bizim şirkətlər Azərbaycanda tikilən kimya, texnoloji parklara sərmayə yatırmaqda maraqlıdırlar. Bununla yanaşı bizim də burda öyrənəcəyimiz çox şey var – İsraili Azərbaycanın energetika sahəsində, əsasən də neft və qaz sənayesi sahəsində təcrübəsi maraqlandırır” – deyə Qabay əlavə edib.

 

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycan və İsrail arasında əmtəə dövriyyəsi 2013-cü ildə 1,28 milyard dollar olub.

 

Demək olar ki, bu dövriyyə tam olaraq Azərbaycan məhsullarının eksportu hesabına düşür, keçən il isə ölkəyə izrail mallarının importu 17,59 milyon dollar məbləğində olduğu halda bu pay 1,26 milyard dollar idi.

 

/oxu.az/