Azərbaycan və Qazaxıstan arasında miqrasiya sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti Nur-Sultan şəhərində keçirilən “Beynəlxalq Antikorrupsiya Akademiyası” beynəlxalq təşkilatının Üzv Dövlətlərin Assambleyasının 8-ci sessiyasında iştirak məqsədilə Qazaxıstan Respublikasında səfərdədir.

Səfər çərçivəsində Vüsal Hüseynov Qazaxıstanın Daxili İşlər naziri Yerlan Turqunbayevlə görüşüb. Görüşdə iki ölkə arasında əlaqələrin yüksələn xətlə inkişafı, uzunmüddətli və faydalı işgüzar münasibətlərin mövcudluğu vurğulanıb. Miqrasiya sahəsində əməkdaşlıq perspektivlərindən söhbət açılıb. Müqavilə-hüquq bazasının genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xidmət rəisi ölkəmizdə miqrasiya sahəsində tətbiq olunan innovasiya texnologiyaları barədə də məlumat verib. Əldə olunan nailiyyətlərlə tanışlıq məqsədilə Qazaxıstanın Daxili İşlər nazirini Azərbaycana dəvət edib.

Dövlət Miqrasiya Xidməti