Azərbaycan və Yunanıstanın xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

“Azərbaycan və Yunanıstan arasında əməkdaşlıq yüksək səviyyədədir. Ticarət dövriyyəsinin həcmi dörd dəfə artaraq 1 milyard dollara çatmaq üzrədir”. APA-nın məlumatına görə, bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Yunanıstanın xarici işlər naziri Dimitris Avramopoulosla keçirdiyi birgə mətbuat konfransında söyləyib…

“Azərbaycan və Yunanıstan arasında əməkdaşlıq yüksək səviyyədədir. Ticarət dövriyyəsinin həcmi dörd dəfə artaraq 1 milyard dollara çatmaq üzrədir”. APA-nın məlumatına görə, bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Yunanıstanın xarici işlər naziri Dimitris Avramopoulosla keçirdiyi birgə mətbuat konfransında söyləyib.

XİN başçısı yunan həmkarı ilə regionda davam edən münaqişələrlə bağlı müzakirələr apardığını qarşı tərəfə Dağlıq Qarabağ münaqişəsi barədə geniş məlumat verdiyini deyib. Bundan başqa XİN başçılarının görüşündə turizm və energetika sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

/APA/