“Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edən Belçika parlamentinin deputatı Jan-Jak Flau adının “arzuolunmaz şəxslər” siyahısına daxil edilməsinə dair qərar qəbul olunacaq”.
Bunu “Report”un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib.
Onun sözlərinə görə, hazırda Jan-Jak Flaunun Dağlıq Qarabağa qanunsuz səfəri ilə bağlı araşdırmalar aparılır: “Belçika parlamentinin deputatının və onunla birlikdə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edənlərin adlarının “arzuolunmaz şəxslər” siyahısına daxil edilməsinə dair qərar qəbul olunacaq”.
Qeyd edək ki, Belçika parlamentinin deputatı Jan-Jak Flau Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə səfər edib, separatçı rejimin rəhbərliyi ilə görüşüb.
https://report.az/dagliq-qarabag/azerbaycan-xi-n-qarabaga-qanunsuz-sefer-eden-belcikali-deputatin-adi-qara-siyahi-ya-salinacaq/