Azərbaycanda daha bir reket jurnalist tutuldu

Faktla əlaqədar cinayət işi başlanıb…

Faktla əlaqədar cinayət işi başlanıb.

 

Azərbaycanda qəzet baş redaktoru barəsində cinayət işi başlanıb.

 

Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində “İrəvan Press” qəzetinin baş redaktoru, Bakı şəhər sakini Azər Abbasovun “jam.az” və “naviqator.info” internet saytlarında Şirvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Vasif Əliyev və Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinin müdiri Çingiz Əhmədov barələrində həqiqətə uyğun olmayan məlumatlar yerləşdirməklə onlar haqqında rüsvayedici məlumatların müxtəlif internet saytlarında yayılacağı hədəsi ilə hər birindən 300 manat pulu “Azərpoçt” MMC vasitəsilə öz adına göndərmələrini tələb etdiyi və həmin vəsaiti poçt vasitəsilə çıxararaq mənimsədiyi müəyyən edilib.

 

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

 

/oxu.az/