Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ötən il əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti, eləcə də vətəndaşların müraciətlərinin araşdırılması nəticəsində işçilərə ödənilməsi gecikdirilmiş ümumilikdə 634 917 manat məbləğində sosial xarakterli ödəmələrin ödətdirilməsini təmin edib…
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ötən il əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti, eləcə də vətəndaşların müraciətlərinin araşdırılması nəticəsində işçilərə ödənilməsi gecikdirilmiş ümumilikdə 634 917 manat məbləğində sosial xarakterli ödəmələrin ödətdirilməsini təmin edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, həmin vəsaitlərdən 589 853 manatını əməkhaqları, 28 952 manatını zərərə görə ödənclər, 16 112 manatını isə sosial müavinət və kompensasiyalar təşkil edib.
Qeyd olunan dövrdə əmək qanunvericiliyinin tələbləri pozulmaqla əmək müqaviləsinə xitam verilmiş 31 nəfərin öz əvvəlki işinə bərpa etdirilməsi təmin olunub.
Trend.az