Azərbaycanda magistraturaya ərizə qəbulunun müddəti uzadıldı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ərizə qəbulunun müddətini uzadıb…

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ərizə qəbulunun müddətini uzadıb.

Komissiyadan Trend-ə verilən məlumata görə, magistraturaya sənəd qəbulu bu gün saat 17.00-da başa çatmalı idi.

Ərazilərin qəbulu fevralın 21-i saat 12:00-dək uzadılıb.

Qeyd edək ki, ərizə qəbuluna fevralın 11-dən başlanıb. Sənəd qəbulu internet vasitəsilə aparılır.

/Trend/