Ölkədə muzdla çalışan işçilərin sayı 1510,1 min nəfər təşkil edir…
Ölkədə muzdla çalışan işçilərin sayı 1510,1 min nəfər təşkil edir.
2013-cü ilin yanvar-dekabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 423 manat olub.
Oxu.Az Gün.Az-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, iqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
2014-cü il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1510,1 min nəfər olub və onlardan 900,2 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 609,9 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.
/oxu.az/