Azərbaycanda pensiyalar dövlət hesabına artmayacaq

“Bunun yeganə yolu real iqtisadiyyatdan vəsaitin ayrılmasıdır”…

“Bunun yeganə yolu real iqtisadiyyatdan vəsaitin ayrılmasıdır”.

Azərbaycanda sığorta-pensiya sistemində həyata keçirilən islahatlar çərçivəsində pensiyaların birtərəfli qaydada dövlət tərəfindən maliyyələşdirilməsinə dair SSRİ dövründən qalma mexanizm ləğv edilə bilər.

Oxu.Az Abc.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət DSMF-nin sədriElman Mehdiyev məlumat verib.

E.Mehdiyevin sözlərinə görə, fondun qeyri-büdcə gəlirlərinin artırılması 2015-ci ilin dövlət büdcəsi layihəsində nəzərdə tutulub. Sənəd hazırlanarkən, sosial-iqtisadi inkişaf göstəricilərinin, o cümlədən orta aylıq əmək haqqının proqnozlaşdırılan həddi nəzərə alınıb.
 
Tədricən isə Azərbaycanda pensiyalarla bağlı dövlət büdcəsindən ayırmalara tamamilə son qoyulacaq. Elman Mehdiyevin sözlərinə görə “bu, ölkədə pensiya-sığorta sistemini inkişaf etdirməyin yeganə yoludur”.
 
Bunun üçün əsas diqqət iş yerlərində əmək haqlarının tam rəsmiləşdirilməsinə yönəlib. Elman Mehdiyev bildirib ki, pensiya artımlarına nail olmaq üçün ilk növbədə ödənilən əmək haqlarının leqallaşdırılması və bu əsasda daha yüksək sosial sığorta haqlarının fərdi hesablarda qeydə alınmasına nail olmaq lazımdır.

Beləliklə də pensiyaların artırılmasını maliyyələşdirən yeganə dövlət mexanizmi kimi, təqaüdlərin hər ilin əvvəlində ötən ilin böhranı həcmində sığortalanması olacaq.

www.oxu.az